Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2023 20:54
Hindistanın Uttarxand ştatında tikilməkdə olan nəqliyyat tunelinin çökməsi nəticəsində içəridə qalan 41 işçinin hamısı 17 gün sonra xilas edilib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, müxtəlif riskli üsulların tətbiq edildiyi xilasetmə əməliyyatlarının sonunda həmin şəxsləri sağ çıxarmaq mümkün olub.
Qeyd edək ki, hadisə noyabrın 12-də baş verib.