Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti Musa və Təranə barədə: ''Bu, həmişə belə olub''

Xalq artisti Musa və Təranə barədə: ''Bu, həmişə belə olub''

Tarix: 30 Noyabr 2023 10:55

Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan "7 tamam" verilişindəki çıxışı müzakirə yaradıb.

O, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində "Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam" sözlərini deyib. Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq "Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik..." sözlərini deyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə  küsülüdür, aralarında barışıq olmayıb.

Xalq artisti Niyaməddin Musayev Pravda.az-a açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Onların danışıqlarını eşitdim. Sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, çox suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi...", - N.Musayev deyib.


Etiketlər:  Xalq artisti Musa Təranə barədə həmişə belə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ