Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 15:32
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Bavariya"nı çalışdıra bilər.
Qol.az "SportBild"ə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis Münhen klubunda işləməyə hazır olduğunu bildirib:
"Bəli, "Bavariya"da işləməkdə maraqlıyam. Məşqçilik mənim həyatımdır. Matçlarda qalib gəlmək, komanda hazırlamaq və bundan zövq almaq hazırda məndə çatmayan yeganə şeydir".
Qeyd edək ki, "Bavariya" ötən həftə Niko Kovaçı istefaya göndərib. Almaniya klubunun baş məşqçisi vəzifəsinə Massimilano Alleqri də əsas namizəd kimi göstərilir.