Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gülbahar Vəliyeva vəfat etdi - FOTO

Gülbahar Vəliyeva vəfat etdi - FOTO

Tarix: 30 Noyabr 2023 13:38

Sumqayıtın tanınmış inşaatçısı, Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvü Gülbahar Nemət qızı Vəliyeva vəfat edib.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, o, 93 yaşında vəfat edib.

Qeyd edək ki, G.Vəliyeva 1930-cu ildə Şamaxı rayonunda anadan olub. 1949-cu ildən Sumqayıtda yaşayıb. Uzun müddət rəngsazlar briqadiri işləyib, iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə şəhər Sovetinin deputatı seçilib. "Oktyabr inqilabı", "Əmək Şöhrəti", "Şöhrət" ordenləri ilə təltif olunub. O, Sumqayıtın quruculuğunda, ictimai-siyasi həyatında fəal iştirak edib və müxtəlif medallar, fəxri fərmanlara layiq görülüb.


Etiketlər:  Gülbahar Vəliyeva vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ