Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Benatiaya yetirməsi olduğu klubda vəzifə verildi

Benatiaya yetirməsi olduğu klubda vəzifə verildi

Tarix: 30 Noyabr 2023 21:46

"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Medhi Benatia idman direktoru kimi çalışacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mərakeşli keçmiş müdafiəçiyə "Marsel"də vəzifə verilib. Bununla bağlı klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Benatia "Marsel"in yetirməsidir. O, 2005-2008-ci illərdə bu klubda çıxış edib. Mərakeş millisində 66 oyuna çıxan Benatia "Roma" və "Udineze"də də oynayıb.

Milli.Az


Etiketlər:  Benatiaya yetirməsi olduğu klubda vəzifə verildi


RƏYLƏR