Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qadınlar yaşlandıqca daha seksuallaşır'' - FOTOSESSİYA

''Qadınlar yaşlandıqca daha seksuallaşır'' - FOTOSESSİYA

Tarix: 1 Dekabr 2023 15:28

Dünya şöhrətli pop ulduz Cennifer Lopez Hollivud qadınlarına həsr olunmuş "Elle" dərgisinin yeni buraxılışının üz qabığında yer alıb. 

Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, 54 yaşlı sənətçi müsahibəsində "Qadınlar yaşlandıqca daha seksuallaşır" və "90 yaşıma qədər işləyə bilərəm" sözlərini dilə gətirməsi ilə diqqətləri üzərinə cəmləyib. 

Yaşlı qadınlar üçün artan rollardan danışan Cennifer bu fikirləri səsləndirib: 

"İnsanlar yaşlandıqca qadınların daha seksual olduğunu anladılar. Onlar daha savadlı olurlar, xarakter inkişaf etdirirlər. Bütün bunlar təkcə fiziki deyil, həm də daxilən çox gözəl və cəlbedicidir: Yaşla qazandığın gözəllik, əldə etdiyin müdriklik. Mən özümü istədiyim qədər işləyə biləcəyim kimi görürəm. Bunun neçə yaş olduğunu bilmirəm. Bəlkə 70, 80, 90, bilmirəm. Amma bunu istəsəm, mənim üçün olduğunu bilirəm və bunu sübut etmək istəyirəm. Mənim həmişə belə bir zehniyyətim olub ki, doğulduğum yer, haradan olduğum, neçə yaşımın olmağı və buna bənzər hər hansı bir şeyə görə heç kimin məni qutuya qoymasına icazə vermirəm. Mənim üçün o sərhədlər mövcud deyil". 

Müsahibə zamanı Cennifer Hollivudda aktrisalıq etməzdən əvvəl bəzi şeyləri bilmək istədiyini də etiraf edib: 

"Kaş ki, daha seçici ola biləydim. Latın əsilli olduğum üçün belə lüksa sahib deyildim. Mənə latino olmayan birinin təklif olunduğu layihələr təklif olunmadı. Mənə çox konkret şeylər təklif edildi. Çünki təkliflər almağa başladım və getdikcə daha çox baş rollar oynadım, susdum, "Mən ancaq həqiqətən işləmək istədiyim bəzi rejissorlarla işləməliyəm" demək əvəzinə geri çəkildim. Rolları başqa cür seçməliydim", - deyə aktrisa bildirib. 


Etiketlər:  Qadınlar yaşlandıqca daha seksuallaşır FOTOSESSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ