Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 20:52
5 il oncə skripkaçı Utku Barış Andac ilə evlənən məşhur müğənni Aydilge sosial media hesabından ərinə mesaj göndərən qadınlara səslənib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, əri ilə bir-birlərini çox sevirlər, lakin Utkunun telefonlarına müxtəlif qadınlardan çoxlu zənglər, mesajlar gəlir.
"Bəziləri ona çılpaq fotolarını göndərirlər. Bunu bəzən məni qıcıqlandırmaq, məndən daha yaxşı olduqlarını özlərinə isbat etmək üçün edirlər. Başqasının ərini əlindən almaq sizi güclü etməz. Utku belə qadınların hamısının hesablarını blok edir",- deyə o bildirib.