Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur"

Tarix: 2 Dekabr 2023 21:56

İsrailin barışmaz yanaşması səbəbindən Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə atəşkəsin tərəfdarı olub:

"İsrailin yanaşması nəticəsində yaranan vəziyyət bizim qorxularımızda haqlı olduğumuzu bir daha göstərdi. Burada sülh üçün fürsət var idi və təəssüf ki, İsrailin barışmaz yanaşması ucbatından biz bu fürsəti hələlik itirmişik".

Eyni zamanda, o, belə bir fürsətin yenidən yaranacağına ümidini itirmədiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Qəzza zolağında sülh üçün fürsət artıq yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ