Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanın şimalında silahlı hücum oldu - xeyli sayda ölü var

Pakistanın şimalında silahlı hücum oldu - xeyli sayda ölü var

Tarix: 3 Dekabr 2023 09:12

Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.

Diamer rayon icra başçısının müavini Arif Əhmədin sözlərinə görə, hadisə dekabrın 2-də Çilas şəhəri ərazisində baş verib. Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub. Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var.

Ölkədəki terror qruplarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Milli.Az


Etiketlər:  Pakistanın şimalında silahlı hücum oldu xeyli sayda ölü var


RƏYLƏR