Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanın Kremlə qarşı demarşı razılaşdırılmış oyundur?

İrəvanın Kremlə qarşı demarşı razılaşdırılmış oyundur?

Tarix: 3 Dekabr 2023 16:22

Azərbaycanda bir qrup ekspertin fikrincə, əslində Ermənistanla Rusiya oyun oynayırlar, aralarındakı gərgin münasibətlər oyunun bir hissəsidir. Bu qrupun qənaətinə görə, Qərbin sanksiyaları altında olan Rusiya ona lazım olan texnoloji avadanlıqları Ermənistan üzərindən əldə edir: yəni Rusiya texnologiyalara yiyələnir, Ermənistan isə pul qazanır. Qərbin bu sövdələşmədən şübhəli olmaması üçün Ermənistan-Rusiya gərginliyi görüntüsü yaradılır. Belə bir sualı da gündəmə gətirirlər: Kreml Nikol Paşinyandan bu qədər narazıdırsa, indiyənə qədər niyə onu cəzalandırmayıb, axı əlində kifayət qədər alətləri var?

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq qeyd edib ki, bu yanaşmanı tam bölüşmür:

"Amma Baş nazir Nikol Paşinyanın bir ayağının Qərbdə olduğu, digər ayağını isə Rusiyadan çəkmədiyi də həqiqətdir. Statistikaya görə, Ukraynaya qarşı işğalçı müharibə başladıqdan sonra Ermənistanla Rusiya arasında idxal-ixrac əməliyyatları şübhəli şəkildə artıb. Bu da onunla əlaqələndirir ki, Ermənistan Rusiyaya lazım olan texnologiyaları Qərbdən alaraq Moskvaya ötürür. Buna baxmayaraq, Rusiyanın "Yuxarı Lars" sərhəd keçid məntəqəsində Ermənistana aid kənd təssərrüfatı məhsullarının keçidinə imkan verməməsi oyun deyil, reallıqdır.

Maraqlıdır ki, bir qrup erməni eksperti oxşar sözləri Azərbaycan-ABŞ münasibətləri haqqında deyir. Guya Azərbaycan-ABŞ gərgin münasibətləri də oyundur, məqsəd Rusiyanın Qərblə yaxınlaşan Ermənistana təzyiqini artırması və İrəvanın Kremllə mü nasibətlərinin gərginləşməsinə nail olmaqdır. Erməni ekspertləri bunun həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına cavab verdiyini iddia edirlər. Həqiqət bundan ibarətdir ki, Vaşinqton Azərbaycanla bağlı xarici siyasətini korrektə etməlidir, iki dövlət arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı mövcuddur. Bu oyun deyil, reallıqdır".

Milli.Az


Etiketlər:  İrəvanın Kremlə qarşı demarşı razılaşdırılmış oyundur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ