Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yuventus" Ukrayna millisinin üzvünü transfer edir

Tarix: 4 Dekabr 2023 09:30

İtaliyanın "Yuventus" klubu "Şaxtyor"un və Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakovu transfer etməyə can atır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Sport Mediaset" yayıb.

Mənbənin məlumatına görə, turinlilər 21 yaşlı ukraynalı üçün 10-15 milyon avroluq təklifi nəzərdən keçirir. Klubun alternativ variantı da var - Münhenqladbax "Borussiya"sından Kouadio Kone.

Georgi ilə London "Arsenal"ı, "Benfika", "Brayton" və "Çelsi" klublarının maraqlandığı da iddia olunur.

Sudakovun "Şaxtyor"la hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

O, bu mövsüm 16 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Yuventus Ukrayna millisinin üzvünü transfer edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ