Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb

Səhiyyə Nazirliyi: Salyanda mikroavtobus qəzasında bir uşaq ölüb, 7 nəfər yaralanıb

Tarix: 6 May 2019 10:09

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Salyanda mikroavtobus qəzasında uşaq ölüb nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ