Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada sürpriz gəlişmə: İki ölkə birləşir

Avropada sürpriz gəlişmə: İki ölkə birləşir

Tarix: 4 Dekabr 2023 19:36

Moldovanın Rumıniyaya birləşdirilməsi ideyası xalqın iradəsinə zidd olaraq irəli sürülür, öz ölkəsinin dövlətçiliyinə hörmət etməyən indiki hakimiyyətin təkəbbürünün təcəssümüdür.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Moldovanın müxalif "Dirçəliş" Partiyasının bəyanatında deyilir.

"Moldovanın xalq iradəsinə zidd olaraq, ölkənin Rumıniyaya birləşdirilməsi artıq televiziya ekranlarında aktiv müzakirə olunur. Bu, indiki hakimiyyətin ən yüksək həyasızlığıdır. Hazırkı parlamentdən səs çoxluğu ilə Moldovanın müstəqilliyinə son qoyulması tələb olunur", - bəyanatda bildirilir.

Müxalif partiya hesab edir ki, bu, Moldova hakimiyyətinin 1918-ci il olaylarını təkrarlamaq cəhdidir:

"Moldova Rumıniya deyil. Biz suveren ölkəyik. Dövlətçiliyimizə hörmət etməyə başlamağın vaxtıdır. Moldova sakinləri artıq başa düşüblər ki, Avropaya inteqrasiya ideyası illüziya və gözəl vəddir. Avropa Birliyinə üzvlük isə asılılıq, suverenliyin məhdudlaşdırılması və milli maraqların boğulması deməkdir".

İki ölkə parlamentləri ötən il ilk dəfə birgə iclas keçiriblər, ilin sonunadək Buxarestdə yeni iclasın keçirilməsi planlaşdırılır.

Rumıniya 1918-ci ildə indiki Moldova ərazisinə qoşun yeridib, Kişinyovda yaradılmış Regional Şura qonşu ölkə ilə birləşməyə səs verib. 1940-cı ilin iyunundan Moldova ərazisi Rumıniyanın bir hissəsi deyil. Hər iki ölkənin ərazisində "unionizm" və ya "uniri" (Rumıniya və Moldovanın ayrı bir dövlət kimi ləğv edilərək birləşdirilməsi) ideyalarının tərəfdarları var.


Etiketlər:  Avropada sürpriz gəlişmə İki ölkə birləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ