Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2023 21:30
İrəvan meriyası yaxın vaxtlarda avtobuslarda gedişhaqqının 100 dramdan (0,25 ABŞ dollar) 150 dramadək (0,37 ABŞ dolları) artırılması barədə qərar qəbul edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "İşıqlı Ermənistan" partiyasının sədr müavini David Xajakyan sosial şəbəkələrdə məlumat verib.
"Təbii ki, deyəcəklər ki, hər şey bahalaşıb, ictimai nəqliyyatda da qiymətlər artırılmalıdır", - o qeyd edib.
D.Xajakyan əlavə edib ki, tam islahat aparmaqla eyni qiymətləri saxlamaq olar.