Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şenol Güneş Azərbaycan millisini çalışdıracaq? - Özü açıqladı

Şenol Güneş Azərbaycan millisini çalışdıracaq? - Özü açıqladı

Tarix: 7 Dekabr 2023 15:42

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.

Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovla söhbəti zamanı bu məsələ ilə bağlı fikirlər səsləndirib.

O, türk futbolunun ölkəmizdə "xaç atası" kimi tanınan Elçin Cəfərova dolayısı yol ilə təklif aldığını deyib:

"Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.

Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram".


Etiketlər:  Şenol Güneş Azərbaycan millisini çalışdıracaq Özü açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ