Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Əsirlikdə olanda boğazıma qaynar su tökmüşdülər...” - Amin Musayev

“Əsirlikdə olanda boğazıma qaynar su tökmüşdülər...” - Amin Musayev

Tarix: 8 Dekabr 2023 16:54

44 günlük Zəfər savaşının qazisi, II qrup əlil Amin Musayev azad olunan əsirlərimizə görə çox sevinclidir! 
 
Milli.Az xəbər verir ki, o, təəssüratlarını moderator.az saytı ilə bölüşüb:
 
"Mən müharibə dövründə əsir düşmüşdüm. Videolarda görünür, guya onlar özlərini humanist göstərmək istəyirlər, amma yenə də pis xislətləri imkan vermir. O qədər qorxaq, pisniyyətli insanlardılar ki..  

Əsirlikdə olan vaxtı mənə işgəncə vermək üçün boğazıma qaynar su tökmüşdülər. Hələ də izi boğazımda qalıb. Onların əsirlərlə davranışları heç bir hüquqi normativlər çərçivəsində deyil. Onlar hər bir əsirə işgəncə verirlər, tək mənə deyil. Mən əsirlikdə olan qardaşlarımı çox gözəl başa düşürəm. Ali Baş Komandanımıza can sağlığı arzu edirm. Onun sayəsində əsirlikdə olan oğullarımız geri qaytarılır. 

Bildiyimiz kimi, iki gün öncə Ermənistanda əsir saxlanılan Hüseyn Axundova ömürlük həbs cəzası verilmişdi, amma cənab Ali Baş Komandan heç 24 saat keçməmiş əsirlərimizi azad etdi. Bu da bir daha sübut etdi ki, onların məhkəməsi də gorbagor oldu. Noldu, Paşinyan?!"

Milli.Az


Etiketlər:  Əsirlikdə olanda boğazıma qaynar su tökmüşdülər Amin Musayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ