Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

İsrail

Tarix: 9 Dekabr 2023 23:30

İsrail Müdafiə Qüvvələri ( İDF ) Livandakı "Hizbullah" hərəkatının komanda və idarəetmə mərkəzinə qırıcı təyyarə zərbəsi endirdiyini bildirib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə IDF-nin "Telegram" kanalı məlumat yayıb.

"Son vaxtlar Livan ərazisindən ölkənin şimalındakı bir neçə bölgədə bir sıra atışlar qeydə alınıb. İDF atışmaların gəldiyi yerlərə atəş açıb", - məlumatda deyilir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, "Hizbullah"ın eskalasiyası Livanın məhvinə səbəb ola bilər.

Baş nazirin sözlərinə görə, İsrail şimalda çəkindirmə gücünü davam etdirəcək və Qəzza zolağında qələbəyə nail olacaq. O qeyd edib ki, "Hizbullah" səhv edib genişmiqyaslı müharibəyə girərsə, Livanı öz əlləri ilə məhv edəcək.

Milli.Az


Etiketlər:  İsrail Hizbullahın əməliyyat mərkəzini vurdu


RƏYLƏR