Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Prezident Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib

Tarix: 10 Dekabr 2023 14:06

Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Gələcək planlarımız təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir. Gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır və əsas bizim hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır".

Milli.Az


Etiketlər:  Prezident Serbiyada ölkəmizin enerji sahəsində gələcək planları barədə məlumat verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ