Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəm olan avtobus sürücüsü barədə qərar verildi

Gündəm olan avtobus sürücüsü barədə qərar verildi

Tarix: 11 Dekabr 2023 19:30

Bakıda sərnişinləri yolda qoyub özü taksi ilə gedən avtobus sürücüsü işdən çıxarılıb.

Bu barədə "BakuBus" məlumat yayıb.

Məlumatda qeyd edilib ki, vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntular və bu pozuntuların sərnişinlər üçün doğurduğu mənfi nəticələr, eləcə də baş vermiş hadisənin "BakuBus"ın imicinə mənfi təsiri nəzərə alınaraq, Əmək qanunvericiliyinə uyğun olaraq, sürücü tutduğu vəzifəsindən azad edilib.

Qeyd edək ki, hadisə dekabrın 9-u gecə saatlarında baş verib. 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sonra sürücü avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.

Milli.Az


Etiketlər:  Gündəm olan avtobus sürücüsü barədə qərar verildi


RƏYLƏR