Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Gizli zənglərlə onu..." - İlhamə Quliyeva son nəfəsində nə deyib?

Tarix: 12 Dekabr 2023 16:40

"Ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım".

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın son nəfəsində yanında olan xadiməsi Fatma Əliyeva onunla bağlı heç vaxt dilə gətirmədiyi faktları açıqlayıb.

Fatma Əliyeva "O üz" verilişində mərhum müğənninin son nəfəsində söylədiklərini xatırlayaraq göz yaşı töküb:

"İlhamə xanımı ölümündən əvvəl çox incitdilər. Evinə gizli zənglər olunurdu, onu qorxudurdular. Mənə deyirdi, bunlar məndən nə istəyir? O, tək idi, kaş ki, qohumları bir dəfə də olsun, onun ziyarətinə gələydi.

Görəydilər ki, İlhamə xanım yataqda necə əziyyət çəkir. O, mənim qollarım arasında canını tapşırdı. Son sözü də bu oldu ki, mən nakam gedirəm, mənim heç kimim yoxdur. İllərlə ona xidmət etmişəm, amma ölümündən sonra bir yaylığını belə mənə vermədilər ki, yadigar saxlayım".

Milli.Az


Etiketlər:  Gizli zənglərlə onu İlhamə Quliyeva son nəfəsində deyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ