Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 21:50
ABŞ-dan olan TikTok istifadəçisinin ögey qardaşından uşaq dünyaya gətirməsi böyük səs-küyə səbəb olub.
Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" yazıb.
Lindsi Braun gələcək əri Keyd ilə 14 yaşında olarkən tanış olub. Yeniyetmələr bir-birini sevərək münasibət qurublar. Lindanın anası bu münasibətdən xəbər tutub və onunla görüşməyi qadağan edib. Buna baxmayaraq, bir neçə il sonra Keyd və Lindsi yenidən görüşməyə başlayıblar.
Lindsinin anası uşaqlarının münasibətlərinə son qoymaq üçün Keydin atası ilə danışıb. Bütün maneələrə baxmayaraq onlar evlənib və övladları dünyaya gəlib.
Bu müddət ərzində Keydin atası və Lindsinin anası yaxından ünsiyyət qurmağa başlayıblar və bir müddət sonra qəfildən bir-birlərinə aşiq olublar. Övladları evləndikdən bir neçə il sonra valideyinlər də evləniblər. Lindsinin sözlərinə görə, ögey qardaşının arvadı olması onu narahat etmir. "Valideynlərimiz əvvəl evlənməyiblər. Biz bunu etdik" deyib.
Qadının hekayəsini internetdə paylaşması istifadəçilərin sərt reaksiyasına səbəb olub. Bir çox insan Lindsi və ailəsini qınayıb, bəziləri isə onların bu hərəkətinə haqq qazandırıb.