Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ı udub azarkeşlərə görün, nə hədiyyə etdilər? - FOTO

''Qalatasaray''ı udub azarkeşlərə görün, nə hədiyyə etdilər? - FOTO

Tarix: 13 Dekabr 2023 12:38

Danimarkanın "Kopenhagen" Çempionlar Liqasının 1/8 finalına yüksəldikdən sonra azarkeşlərinə sürpriz edib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, sözügedən klub hər bir azarkeşə pulsuz pivə hədiyyə edib. 

Bu barədə klubun sosial şəbəkə hesabında da paylaşım edilib. Matçdan sonra stadionun böyük ekranında elanda azarkeşlərə onları bir stəkan pivə və bir şüşə su gözlədiyi barədə xüsusi mesaj çatdırılıb. Beləliklə, tərəfdarlar arenanın çıxışında hədiyyələrinə qovuşublar. 

Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi sayəsində tarixinin ən böyük pul mükafatını - ən azı 32,7 milyon avro qazanıb.


Etiketlər:  Qalatasarayı udub azarkeşlərə görün hədiyyə etdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ