Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 17:27
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasın əvvəlində MSK-nın 5 noyabr 2019-cu il tarixli protokolu təsdiq olunub.
Daha sonra seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları təsdiqlənib.
Bildirilib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenlərinin sayı 5 milyon 20 min 287 olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin