Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə parlamentində huşunu itirən deputat öldü - VİDEO

Türkiyə parlamentində huşunu itirən deputat öldü - VİDEO

Tarix: 14 Dekabr 2023 15:20

İki gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı huşunu itirən deputat Hasan Bitmez dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın ölümü barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

"Hasan Bitmezin vəziyyəti dünən gecədən etibarən pisləşmişdi. Bütün müdaxilələrə baxmayaraq, o bu gün səhər radələrində vəfat edib", - deyə nazir bildirib.

Xatırladaq ki, "Saadet" partiyasının Kocaelidən olan millət vəkili H.Bitmez huşunu itirdikdən sonra ona hadisə yerində uzun müddət ürək masajı edilmiş və daha sonra xəstəxanaya çatdırılmışdı.

Milli.Az


Etiketlər:  Türkiyə parlamentində huşunu itirən deputat öldü VİDEO


RƏYLƏR