Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb

Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb

Tarix: 14 Dekabr 2023 22:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefonda danışıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrailin Qəzzaya hücumları, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və ikitərəfli əlaqələr müzakirə edilib.

Prezident Ərdoğan Qəzzada humanitar fəlakətin dayandırılması zəruri olduğunu və ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin tezliklə atəşkəsi təmin edə biləcəyini vurğulayıb. Bundan əlavə, Türkiyə Prezidenti Baydenlə danışığı zamanı bölgədə daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyəti olduğunu bildirib.

Qeyd edək ki, telefon danışığı ABŞ liderinin təşəbbüsü ilə baş tutub.

Milli.Az


Etiketlər:  Ərdoğan ABŞ prezidenti ilə telefonda danışıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ