Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniyada HƏMAS-ın üç üzvü saxlanıldı

Almaniyada HƏMAS-ın üç üzvü saxlanıldı

Tarix: 14 Dekabr 2023 23:26

Berlində radikal HƏMAS hərəkatının 3 nümayəndəsi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Federal Baş Prokurorluğu məlumat yayıb.

Saxlanılanlardan ikisinin Livan, digərinin isə Misir vətəndaşlığı var. Daha bir HƏMAS üzvü olduğu iddia edilən Rotterdamda saxlanılıb, onun Niderland vətəndaşlığı var.

Şübhəlilərdən biri HƏMAS-ın Livandakı rəhbərliyinin göstərişi əsasında silah almağa çalışıb. Silahlar Avropadakı yəhudi qurumlarına mümkün hücumlar üçün Berlinə çatdırılmalı idi.

Milli.Az


Etiketlər:  Almaniyada HƏMAS ın üç üzvü saxlanıldı


RƏYLƏR