Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda polis məntəqəsinə hücum - 12 ölü, 7 yaralı

İranda polis məntəqəsinə hücum - 12 ölü, 7 yaralı

Tarix: 15 Dekabr 2023 13:30

İranın Sistan və Bəlucistan vilayətində polis məntəqəsinə hücum edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zahedan şəhərinin prokuroru Mehdi Şamsabadi açıqlayıb. 

Hadisə nəticəsində 12 polis əməkdaşı həlak olub, daha 7 nəfər isə yaralanıb. 

İnsidentin Rask bölgəsində gecə yarısı baş verdiyi qeyd olunub. 

"IRNA" agentliyi isə hücumun "Cayş-e-Zalum" qruplaşması tərəfindən törədildiyini yazıb. Qruplaşma üzvlərinin axtarışları davam etdirilir.


Etiketlər:  İranda polis məntəqəsinə hücum ölü yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ