Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 06:56
Namaz və dəstəmazı batil edən əməllər və hallar şəriət kitablarında təsvir edilib. Dəstəmazı batil edən əməllərin arasında yemək və içmək qeyd edilməyib. Eləcə də, saqqız çeynəmək öz-özlüyündə dəstəmazı pozmaz. Amma saqqız çeynəmək insanların gözündə dəstəmaza hörmətsizlik kimi qiymətləndirilirsə, bunu etmək məsləhət deyil.
Namaz isə insandan daha artıq məsuliyyət və diqqət tələb edir. Müsəlman şəxs namaz qılarkən Allahın hüzurunda olduğunu hiss etməli, bu hüzura layiq davranmalıdır. Aydındır ki, saqqız çeynəyərək namaz qılmaq bu ibadətin dəyərini aşağı salır. Allah bu şəkildə qılınan namazdan razı qalmaz. Həm də namazın sözlərini düzgün söyləmək və hərfləri düzgün tələffüz etmək vacib şərtdir. Ağızda saqqız olduğu halda buna riayət etmək çətin və hətta qeyri-mümkündür. Ona görə də namaz qılarkən ağızda saqqız olması çox bəyənilməz haldır, dəstəmaz alan zaman da bu tövsiyəni gözləmək məsləhətdir.