Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 14:20
Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi - Red) 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 7,4 min nəfərin yaşadığı Tadine kəndindən 133 km şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.