Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2023 13:10
Amerikanın "İnter Mayami" komandası Argentina təmsilçisi "Nyuells Old Boyz" ilə yoldaşlıq oyunu keçirməyə razılaşıb.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, bu barədə Florida təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Sınaq görüşü fevralın 15-də Mayamidə baş tutacaq.
Xatırladaq ki, "Nyuells Old Boyz" argentinalı hücumçu Lionel Messinin karyerasında ilk klubdur. O, 1994-2000-ci illərdə gənclər komandasında çıxış edib, sonra "Barselona"ya keçib.
Messi bu yaydan "İnter Mayami"nin futbolçusudur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2025-ci ilin sonuna kimi hesablanıb.