Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''da böhran - Bütün futbolçularını satır

''Barselona''da böhran - Bütün futbolçularını satır

Tarix: 20 Dekabr 2023 14:08

La Liqda istənilən mövqedə olmayan "Barselona" klubunda böhran yaşanır.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Barselona" iqisadi cəhətdən də çəkinlik çəkir. "Revelo"nun xəbərinə görə, "Barselona" Maliyyə Fair Play qaydaları üçün tələb olunan vəsaiti tapa bilməyib. Kataloniya nəhəngi hazırda yeni investor tapmaq üçün hərəkətə keçib. Danışıqlar aparılsa da, hələlik investorlar razılıq verməyib. İnvestorların tapılmaması "Barselona"nın oyunçularını satma ehtimalını artırır. Məlumata görə, ötən mövsüm Osmane Dembele, Antoine Qriezmann, Frank Kessie, Niko Gonzalez, Abde Ezzalzouli və Trinkaonun satışından təxminən 103 milyon avro əldə etsə də, balans üçün daha çox pula ehtiyacları var.

Bu səbəbdən bütün oyunçulara edilən təkliflərin dəyərləndiriləcəyi bildirilir. "Barselona" investor tapa bilməsə Robert Levandovski, Andreas Kristensen və Jül Kounde kimi futbolçuları sata bilər.


Etiketlər:  Barselonada böhran Bütün futbolçularını satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ