Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqanın bombardirini 4 klub istəyir

Bundesliqanın bombardirini 4 klub istəyir

Tarix: 20 Dekabr 2023 18:34

Almaniya "Ştutqart"ının hücumçusu Seru Qirassi məhsuldarlığı ilə İngiltərə və İtaliya klublarının skautlarının diqqətini üzərinə çəkib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki,  "90min"-ə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Fulhem", "Vest Hem" və "Milan" 27 yaşlı futbolçunun əsas müştəriləridir. Sözügedən klubların skautları dekabrın 17-də "Ştutqart"ın "Bayern"lə (0:3) oyununda iştirak ediblər.

Mənbə Qirassinin böyük ehtimalla başqa liqaya keçəcəyini iddia edib. Çünki onun müqaviləsində 17,5 milyon avroluq sərbəstqalma maddəsi var və aparıcı klublar bu imkandan yararlanmaq istəyirlər.

Qeyd edək ki, Seru Qirassi bu mövsüm Bundesliqada 13 oyunda meydana çıxaraq 16 qol vurub.

Milli.Az


Etiketlər:  Bundesliqanın bombardirini 4 klub istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ