Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov Xankəndidəki oyundan danışdı

Qurban Qurbanov Xankəndidəki oyundan danışdı

Tarix: 20 Dekabr 2023 20:50

Xankəndiyə böyük qürur hissi ilə gedirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov hava limanında İTV-yə açıqlamasında deyib.

"Baxmayaraq ki, yerli kubok oyunumuzdur, böyük sevgi ilə gedirik. Dünən məşqdə belə komandada əhval yüksək səviyyədə idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, oradakı oyunda daha qürurlu olacağıq. Matçı gözləyirik, çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqları geri qaytardılar və biz də ora qürurla gedirik.

Çox istərdik ki, beynəlxalq bir oyun orada keçirilsin. Bununçün vaxt lazımdır, böyük məmnuniyyətlə orada beynəlxalq oyun keçirmək istəyərdik".

Qeyd edək ki, sabah Xankəndidə "Qarabağ" Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində MOİK ilə qarşılaşacaq. Oyun saat 14:00-da start götürəcək.

Milli.Az


Etiketlər:  Qurban Qurbanov Xankəndidəki oyundan danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ