Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 21:28
Parisdə yerləşən Versal sarayına gələn ziyarətçilər bomba olduğu iddia edilən anonim məlumatdan sonra tarixi məkanın ərazisini tərk etmək məcburiyyətində qalıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, saray kompleksinin rəhbərliyi bomba xəbərindən sonra iki min ziyarətçinin təxliyə edildiyini təsdiqləyib.
Hazırda təxliyə başa çatıb və polis əməkdaşları hadisə yerindədirlər.
Qeyd edək ki, partlayıcı qurğularla bağlı respublikanın müxtəlif dövlət və hökumət qurumlarına göndərilən telefon zəngləri və məktublardan sonra Versal Sarayına bu payızda ən azı yeddi dəfə təxliyə əmri verilib.