Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimlər "qripsən" dedi, burunsuz qaldı - FOTOlar

Həkimlər

Tarix: 21 Dekabr 2023 08:34

İngiltərədə 49 yaşlı Liz Merser həkimlərin səhv diaqnozu səbəbindən burunsuz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Böyük Britaniyanın Liverpul şəhərində baş verib.

Qadın daimi burun tutulması və baş ağrıları şikayətləri ilə həkimlərə müraciət edib. Həkimlər onda zökəm olduğunu düşünüblər və müvafiq müalicə yazıblar.

"Bunun xərçəng olduğuna əmin idim, çünki burnum formasını itirməyə başlamışdı. Əvvəllər burnum tamamilə düz idi, ancaq artıq burnum yana doğru əyilir, şişir və qızarırdı", - deyə Merser bildirib.

Xəstəyə xərçəng diaqnozu qoymaq üçün həkimlərə, demək olar ki, il yarım vaxt lazım olub. Lakin bu zamana qədər şişin ölçüləri böyüyüb və ondan ancaq burunla birlikdə qurtulmaq mümkün olub.

"Əməliyyatdan sonra özümü ilk dəfə görmək çox qorxunc idi və buna öyrəşməyim uzun sürdü", - deyə qadın etiraf edib.

Milli.Az


Etiketlər:  Həkimlər qripsən dedi burunsuz qaldı FOTOlar


RƏYLƏR