Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 21 Dekabr 2023 13:54
Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları üz-üzə gəlir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edir.
Milli.Az