Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu müəssisələr işçilərinə əlavə bayram pulu verəcək

Azərbaycanda bu müəssisələr işçilərinə əlavə bayram pulu verəcək

Tarix: 21 Dekabr 2023 14:40

Azərbaycanda bir sıra universitetlər Yeni il münasibətilə əlaqədar işçilərinə əlavə ödənişlər edir.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, bayram münasibətilə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yeni il münasibətilə universitetin bütün əməkdaşlarına 200 manat məbləğində pul mükafatı, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev isə universitetin bütün əməkdaşlarına maaşlarının 30%-i məbləğində pul mükafatının verilməsi ilə bağlı əmr imzalayıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda bu müəssisələr işçilərinə əlavə bayram pulu verəcək


RƏYLƏR