Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Adrian Mutuya ağır itki

Adrian Mutuya ağır itki

Tarix: 21 Dekabr 2023 16:16

"Neftçi" Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la bu gün keçiriləcək oyuna baş məşqçisiz çıxacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 44 yaşlı mütəxəssis qarşılaşmada texniki zonada yer almayacaq. Rumıniyalı məşqçi anası Rodika Mutunun ölümü ilə əlaqədar ölkəsinə yollanıb. "Qaradağ Lökbatan"la matça komandanı baş məşqçinin köməkçiləri çıxaracaq.

Qeyd edək ki, "Neftçi" - "Qaradağ Lökbatan" oyunu saat 18:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Adrian Mutuya ağır itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ