Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 19:56
Alyaska sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 300-ə yaxın insanın yaşadığı Adak kəndindən 106 km cənub-şərqdə, 33 km dərinlikdə yerləşir.
Sunami təhlükəsi ilə bağlı hələlik heç bir məlumat verilməyib.