Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Premyer Liqa ilə 1-ci liqa arasında o qədər də uçurum yoxdur"

Tarix: 21 Dekabr 2023 22:04

"Birinci hissədə komandamız üçüncü zonada pressinq edirdi. Fikrimiz var idi ki, rəqibə oynamağa imkan verməyək. Bu hardasa ilk yarıda bəhrəsini verdi. Amma ikinci yarıda istədiklərimiz alınmadı". 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qaradağ-Lökbatan"ın baş məşqçisi Azər Həşimov Azərbaycan kubokunun 1/8 finalında "Neftçi"yə uduzduqları oyundan (0:4) sonra mətbuat konfransında deyib.

- Birinci liqada lidersiniz. "Neftçi" altıncı pillədədir. Səviyyə fərq çoxdur?

- Bir o qədər də uçurum yoxdur. Əvvəl limit var idi, onda uçurum çox hiss edilirdi. İndi sərbəstdir, yaş limiti yoxdur. Bu dəqiqə Premyer Liqa klublarının büdcələri ilə birinci liqa büdcələri eyni deyil. 10 dəfə artıqdır. Burada keyfiyyətli oyunçular daha çoxdur. Birinci liqada isə istedadlı oyunçuları üzə çıxaraq ki, Azərbaycan futboluna xeyir versin.

- "Qaradağ Lökbatan"ın hədəf nədir?

- Premyer Liqaya vəsiqə qazanmaq. Bir neçə iddialı komandalar var. Çalışacağıq ki, Premyer Liqaya vəsiqə qazanaq.

- Bu gün MOİK "Qarabağ"dan 90+4-cü dəqiqədə qol buraxdı...

- Sözün açığı, futbolçuları inandırdım ki, ən yaxşısını etməyə çalışacağıq. Amma reallığı danışaq. Elə epizodlarımız var idi ki, orada bir toxunuş edib, daha təhlükəli vəziyyət yaratmaq olardı. Təcrübə öz sözünü dedi. "İmişli" də matçın sonuna yaxın qol buraxıb "Qəbələ"yə uduzdu. Biz süni meydandada məşq edib, təbii otda oynayanda çox çətin olur. Futbolçuların ayaqları tutulur. İlk yarıda "Neftçi"dən də yaxşı oynadıq.

Milli.Az


Etiketlər:  Premyer Liqa ilə 1 ci liqa arasında o qədər uçurum yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ