Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpə ana südündən zəhərlənib öldü - FOTO

Körpə ana südündən zəhərlənib öldü - FOTO

Tarix: 22 Dekabr 2023 03:34

Sankt-Peterburqda iki aylıq qızın ölüm səbəbi məlum olub.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, körpənin bədəninə ana südü ilə daxil olan dərmanlar səbəbindən öldüyü müəyyənləşib.

Ailə Komendantski prospektində yaşayıb. Körpəni atası gecə saatlarında huşsuz vəziyyətdə tapıb və o, təcili yardım çağırıb. Lakin körpəni xilas etmək mümkün olmayıb.

Müayinə zamanı məlum olub ki, iki aylıq qızın qanında, mədəsində və digər orqanlarında metadon adlı narkotik maddə var. Həkimlər onun uşağın orqanizminə ana südü ilə daxil ola biləcəyini düşünürlər.

Narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı cinayət işinin başlanması məsələsi həll edilir. Uşağın ailəsinin qeyri-funksional kimi qeydiyyata alındığı məlum olub.


Etiketlər:  Körpə südündən zəhərlənib öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ