Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2023 11:30
Müğənni Aysun İsmayılova sosial media hesabında növbəti paylaşım edib.
Sonxeber.net bakivaxti.az-a istinadən xəbər verir ki, ifaçı son zamanlar sosial mediada gündəm olan videosundan danışıb.
O, ailəsindən olmayan heç bir bəylə şəkil çəkdirmədiyini deyib: "Bir video var, sosial şəbəkədə yayılıb. Videoda bir bəy mənimlə şəkil çəkdirmək istəyir. Əlini uzadır, mən icazə vermirəm. Mən bəylərlə də şəkil çəkdirirəm. Amma sarmaş-dolaş şəkil olmaz. Məni yaxından tanıyan adamlar bilir ki, mən ailəmdən, doğmalarımdan olmayan bir bəyə mənimlə əl görüşməyə heç vaxt icazə verməmişəm. Buna icazə vermərəm də".