Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

Hindistan sahillərində gəmi PUA ilə vuruldu

Tarix: 23 Dekabr 2023 23:44

Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) pilotsuz uçuş aparatının (PUA) Hindistan sahillərində üzən gəmiyə zərbə endirdiyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Zərbə nəticəsində partlayış və yanğın olub. Hadisə Hindistanın Veraval şəhərindən 200 dəniz mili məsafədə baş verib. Yanğın söndürülüb, itki yoxdur. Araşdırmalar aparılır", - məlumatda bildirilib.

Gəminin hansı ölkəyə aid olduğu barədə məlumat verilməyib.

Milli.Az


Etiketlər:  Hindistan sahillərində gəmi PUA ilə vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ