Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2023 18:26
İran parlamentinin sədr müavini Müctəba Zülnuri İranın Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməyə hazır olduğunu deyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə parlamentdəki çıxışında bildirib.
"Rusiyaya tarix və coğrafiya müəllimləri göndərməklə ərəb hökumətlərinin onları aldatmasının qarşısını almaq istəyirik", - o bildirib.
Qeyd edək ki, dekabrın 20-də Mərakeşdə Rusiya ilə ərəb ölkələri arasında keçirilən birgə iclasda İran körfəzində yerləşən 3 mübahisəli ada ilə bağlı BƏƏ-nin mövqeyini dəstəkləyən bəyanat qəbul edilib.
Rusiya İran nəzarətində olan Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən bəyanata qol çəkib.