Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI – FOTO

Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI – FOTO

Tarix: 24 Dekabr 2023 22:00

Dünyaca məşhur 54 yaşlı pop ulduz Mariah Kerinin eşq yaşadığı 40 yaşlı rəqqas Brayan Tanaka ilə ayrıldığı iddia edilib. 

Milli.Az bizim.media-a istinadən xəbər verir ki, son 10 ildə müğənninin bütün konsertlərində iştirak edən Brayanın "Milad" turunda gözə dəyməməsi cütlüyün ayrılması şayiələrinə yol açıb.

Keri və Tanaka sonuncu dəfə mart ayında müğənninin ad gününü qeyd edərkən bir yerdə görüntüləniblər. Daha sonra Brayan birlikdə çəkdirdikləri fotonu sosial şəbəkə hesabında paylaşaraq "Bu, mənim sevimli şəkillərimdən biridir. Yubileyiniz mübarək, mənim gözəl kraliçam" şərhini yazıb.

Qeyd edək ki, Keri və Tanaka ilk dəfə 2000-ci illərin ortalarında tanış olublar və rəqqas 2006-cı ildə baş tutan əfsanəvi Mimi macəraları turundakı şouda çıxış edib. Növbəti illərdə ikilinin arasında eşq qığılcımları yaranıb. Pop ulduzun əkiz övladlar var: qızı Monro və oğlu Mərakeş.

Milli.Az


Etiketlər:  Mariah Keri eşq yaşadığı rəqqas sevgilisindən AYRILDI FOTO


RƏYLƏR