Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2019 03:36
Bakı. Trend:
Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, Nazir müavini Yunus Emre Karaosmanoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Ceffrinin rəhbərlik etdiyi nüməyəndə heyəti arasında görüş keçirilib.
Görüşdə 17 oktyabrda ABŞ-la imzalanan sazişə dair məsələlər müzakirə edildi.
Nümayəndə heyətlərinin görüşündən sonra Hulusi Akar ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin