Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 06:20
"Bizdə rəqabət ifrat dərəcəyə çatıb. Çiyin-çiyinə durub rəqabət aparan yoxdur. İş baxımından qarşına məqsəd qoymalısan. Bəhsə-bəhs başqadır. Bizdə rəqabətlə bəhsə-bəhsi səhv salıblar".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "Gündən-günə" verilişində deyib.
İfaçı sənət aləmində rəqabətin olmamasından danışıb:
"Hər şey acığa edilir. Bu nə sənət, nə göstəricidir. Bizdə sağlam rəqabət yoxdur. Filankəs filan şey etdi, mən də edim. Təkrarçılıqdır. Deyir biri bunu geyindi, mən də geyinim. Hamıda geyim, saç, üz eynidir. Artıq səs də eyniləşib".