Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Medinanı 1,2 milyonluq futbolçu ilə əvəzləyir

Tarix: 26 Dekabr 2023 21:10

"Qarabağ" klubu uzun müddətə sıradan çıxan futbolçusu Kevin Medinanın əvəzedicisini tapıb. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinə Gürcüstan millisi və hazırda APOEL (Nikosia) formasını geyinən Laşa Dvali təklif olunub. 28 yaşlı mərkəz müdafiəçisini bəyənən klub qarşı tərəfə rəsmi təklif göndərib və hazırda cavab gözlənilir. 

Futbolçunun "Transfermarkt"də dəyəri 1,2 milyon manat (600 000 avro) civarındadır. 

Qeyd edək ki, Dvali karyerası ərzində "Ferentsvaroş", "Kasımpaşa" klublarında çıxış edib. 

Milli.Az


Etiketlər:  Qarabağ Medinanı 12 milyonluq futbolçu ilə əvəzləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ