Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Rusiya və İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

Tarix: 26 Dekabr 2023 22:16

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrovla Hüseyn Əmir-Abdullahian regional məsələləri müzakirə ediblər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər arasında baş tutan telefon danışığı zamanı ticarət-iqtisadi sahədə əməkdaşlığın artırılması barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı , dekabrın 25-də Sankt-Peterburqda imzalanmış Avrasiya İqtisadi İttifaqı və İran arasında azad ticarət sazişinə əsaslanan təmaslar müzakirə mövzusu olub.

XİN başçıları, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələlərdən də danışıblar.

Milli.Az


Etiketlər:  Rusiya İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər


RƏYLƏR