Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Agentlərin görüş yeri: Striptiz klub, Ağ Evin 600 metrliyində yerləşən... - FOTO

Agentlərin görüş yeri: Striptiz klub, Ağ Evin 600 metrliyində yerləşən... - FOTO

Tarix: 27 Dekabr 2023 06:52

Adətən casus filmlərində tez-tez rastlaşdığımız sirli məkanlarda görüşən agentlərin həyatı yenidən gündəmə gəlib. Beynəlxalq nüfuzlu kəşfiyyat nəşri sayılan "Intelligence Online" (IO) Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna, İngiltərə və Avstriyada olduğu kimi bu dəfə ABŞ-dakı "agent kafelər"i deşifrə edib.

Milli.Az publika.az-a istinadən həmin yazını ixtisarla təqdim edir.

Son illərdə Wikileaks, CIA (ABŞ), MI6 (İngiltərə) və SVR (Rusiya) saytlarından sızan məlumatlar beynəlxalq kəşfiyyat təşkilatlarını "köhnə üsullara qayıtmağa" məcbur edir. Qlobal kəşfiyyat dünyasından xəbərlər təqdim edən IO nəşri bu dəfə ABŞ-dakı casus kafelərdən yazıb. Agentlər təkcə ABŞ-da eksklüziv məkanlarda deyil, həm də gecə klublarında görüşürlər. Görüş yerlərindən biri Ağ Evdən cəmi 600 metr aralıda yerləşir.

"AVALON MOZAİKASI"

Beynəlxalq agentlərin ABŞ-da ilk görüş yeri federal paytaxt Vaşinqtonun yaxınlığında yerləşən Virciniya-Fairfax şəhərindəki "Avalon Mozaika"dır. Adı çəkilən həmin mənzilin casusların gizli istifadə etdikləri təyinat evi olduğu bildirilir. Bu bina bir çox müxtəlif ölkələrin agentlərinin məlumat mənbələri ilə görüş yeri kimi də istifadə edilib, lakin ABŞ Federal Təhqiqat Bürosu (FTB) vəziyyətdən xəbərdar olduqdan sonra basqın edərək mənzili bağlayıb. Deyilənə görə reyd zamanı bir çox məxfi sənədlər ələ keçirilib.

AĞ EVİN YAXINLIĞINDA CASUS KLUBU

ABŞ-da digər agent kafesi federal paytaxt Vaşinqtonun mərkəzində və Ağ Evdən cəmi 600 metr aralıda yerləşən "Metropolitan Club"dır. İO məqaləsində bu yerə Vaşinqtondakı ABŞ agentləri tərəfindən üstünlük verildiyi və klubun ABŞ-ın yüksək rütbəli siyasətçiləri, CIA-nın yüksək vəzifəli məmurları, ABŞ agentləri tərəfindən də istifadə edildiyi bildirilir.

NEFT MAQNATLARININ GÖRÜŞ YERİ

ABŞ-da üçüncü kafe Nyu-Yorkun mərkəzində yerləşən "Fasano Fifth Avenue Hotel Club"dır. Bu klubun özəlliyi ondan ibarətdir ki, o, Yaxın Şərq ölkələrindən olan neft şirkətlərinin rəhbərləri ilə ABŞ şirkətlərinin rəhbərlərinin görüş yeridir. Bununla belə, İO-nun mənbələrdən əldə etdiyi məlumata görə, Fasano Fifth Avenue Hotelin klubunda təkcə şirkət rəhbərləri deyil, ABŞ kəşfiyyat rəsmiləri də tez-tez görüşlər keçirirlər.

QARA PULLARIN FIRLADILDIĞI KLUB

Məqalədə qeyd olunan məkanlar arasında dördüncü yer ABŞ-ın Florida ştatının Mayami cənnətində yerləşən "Miami Vic" klubudur. Yerli striptiz klubunun özəlliyi ondan ibarətdir ki, beynəlxalq agentlər daim bu kluba baş çəkən və "rekorddan kənar sövdələşmələr edən" ABŞ qanqsterləri, silah qaçaqmalçıları və çirkli pulların yuyulması ilə məşğul olan saxtakarlarla görüşürlər.

Milli.Az


Etiketlər:  Agentlərin görüş yeri Striptiz klub Evin 600 metrliyində yerləşən FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ